- Offside
- 17:31 15.04.2026
Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milliləri Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku” turnirini uğurla başa vurublar.
90deqiqe.Az xəbər verir ki, yarışın son günündə daha beş idmançımız fəxri kürsüyə yüksəlib. Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.
Yunan-Roma güləşində isə Zəka Yusubov (80 kq) və Məhəmməd Mustafayev (110 kq) çempion adına sahib çıxıblar. İsfahan Həsənov (80 kq) isə turniri bürünc medalla başa vurub.
Komanda hesabında sərbəst güləş yığması 3 qızıl, 1 gümüş və 2 bürünc medalla 147 xal toplayaraq ikinci yeri tutub. Yunan-Roma güləşi üzrə millimiz isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xalla ümumi sıralamada ikinci pillədə qərarlaşıb.