15 aprel 2026. Çərşənbə

I Liqaya vəsiqə uğrunda pley-offun tarixi açıqlandı


  • Offside
  • 17:31 15.04.2026
  • Oxunma sayı: 10
I Liqaya vəsiqə uğrunda pley-offun tarixi açıqlandı

Azərbaycan futbolunda aşağı liqalar üzrə pley-off mərhələsinin oyun cədvəli müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

I Liqaya vəsiqə uğrunda həlledici qarşılaşma mayın 27-də keçiriləcək. Bu oyunda I Liqanı 9-cu pillədə başa vuran komanda ilə II Liqanın 2-cisi üz-üzə gələcək.

II Liqaya vəsiqə uğrunda pley-off görüşlərinin tarixləri də dəqiqləşib. Belə ki, II Liqada 11-ci yeri tutan komanda mayın 29-da Region Liqasının 2-cisi ilə qarşılaşacaq.

Eyni gündə daha bir pley-off matçı keçiriləcək. II Liqanın 10-cusu Region Liqasını 3-cü sırada tamamlayan komanda ilə münasibətlərə aydınlıq gətirəcək.

Bütün qarşılaşmaların neytral meydanda təşkil olunacağı bildirilib.







Offside