17 aprel 2026. Cümə

Bakıda “Bahar Kuboku” uğrunda yarışlara yekun vuruldu


  • Offside
  • 19:58 15.04.2026
  • Oxunma sayı: 49
Bakıda “Bahar Kuboku” uğrunda yarışlara yekun vuruldu

Azərbaycanda “Bahar Kuboku” uğrunda konkur yarışları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində təşkil olunan yarış iki gün davam edib.

Turnirdə A (90 sm), L (115 sm) və M (125 sm) kateqoriyaları üzrə müxtəlif yaş qruplarından olan idmançılar qüvvələrini sınayıblar.

A kateqoriyasında 23 idmançı arasında keçirilən mübarizədə Ayan Fərəcova (“Tibet”) birinci olub. L kateqoriyasında 15 idmançı arasında Anar Hümbətov (“Zirvə”) qalib gəlib. M kateqoriyasında isə 9 idmançı arasında Mübariz Hüseynov (“Elano C”) hamını qabaqlayıb.

Sonda hər üç kateqoriya üzrə qaliblərə “Bahar Kuboku”, medal və fəxri diplom təqdim edilib.







Offside