16 aprel 2026. Cümə axşamı

Azərbaycan və Belarus oxatanları Qubada bir araya gəldi


  • Offside
  • 13:38 16.04.2026
  • Oxunma sayı: 16
Azərbaycan və Belarus oxatanları Qubada bir araya gəldi

Azərbaycanın kamandan oxatma üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışını davam etdirir.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıq prosesi Belarus milli komandası ilə birgə keçirilir. Aprelin 10-dan start götürən toplanış hər iki ölkənin idmançıları üçün yüksək səviyyəli məşq imkanı yaradır.

Aprelin 20-dək davam edəcək hazırlıq mərhələsinin əsas məqsədi oxatanların fiziki dözümlülüyünü artırmaq, taktiki hazırlığını təkmilləşdirmək və qarşılıqlı təcrübə mübadiləsini gücləndirməkdir.

Gərgin məşq proqramı çərçivəsində idmançılar həm fərdi, həm də komanda şəklində müxtəlif tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, bu cür beynəlxalq birgə toplanışlar idmançıların qarşıdakı mötəbər yarışlara daha yüksək formada qatılmasına mühüm töhfə verir.

Azərbaycan Kamandan Oxatma Federasiyası hazırlıq prosesində iştirak edən hər iki komandaya qarşıdakı yarışlarda uğurlar arzulayıb.







Offside