17 aprel 2026. Cümə

Azərbaycanda kapoeyranın inkişafı beynəlxalq səviyyədə müzakirə olunub


  • Offside
  • 17:29 16.04.2026
  • Oxunma sayı: 11
Azərbaycanda kapoeyranın inkişafı beynəlxalq səviyyədə müzakirə olunub

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.

Bu barədə 90deqiqe.Az-a nazirlikdən bildirilib.

Bu gün Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşən nazir ölkədə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə Azərbaycanda kapoeyranın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və federasiyanın digər məsul şəxsləri də görüşdə iştirak ediblər.







Offside