- Offside
- 11:55 17.04.2026
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk gününə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan millisi yarışın açılış günündə tatamiyə çıxan 7 idmançı ilə təmsil olunub. Onlardan 4-ü bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov həlledici qarşılaşmada komanda yoldaşı Balabəy Ağayevi məğlub edərək bürünc medal əldə edib. 66 kiloqramda isə Turan Bayramov Rusiya təmsilçisi Abdullah Parçiyev üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qadınların mübarizəsində Şəfəq Həmidova (48 kq) bürünc medal görüşündə ispaniyalı Laura Martinesə uduzaraq yarışı medalsız başa vurub.
Digər cüdoçular – Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) isə turnirlə erkən mərhələdə vidalaşıblar.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək Avropa çempionatında 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 idmançı ilə təmsil olunur.