17 aprel 2026. Cümə

AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib


  • Offside
  • 11:55 17.04.2026
  • Oxunma sayı: 9
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib

AFFA-nın Lisenziyalaşdırma və Qeydiyyat Departamenti Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar təşkil edib.

90deqiqe.Az xəbər verir ki, tədbir UEFA-nın rəqəmsal platformasına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub. Seminarda platformadakı yeniliklər müzakirə edilib, iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçirilib.

Görüşün sonunda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları sistemə daxil ediblər. AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən iştirakçıların sualları cavablandırılıb və onlara ətraflı praktiki izahlar verilib.







Offside