- Offside
- 17:47 17.04.2026
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbir bədii proqramla start götürüb. Gürcüstanın rəqs ansamblı milli musiqi sədaları altında ənənəvi çıxışlar nümayiş etdirib.
Daha sonra Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və Gürcüstan Cüdo Federasiyasının prezidenti Levan Nozadze çıxış edərək yarışın əhəmiyyətindən danışıblar və idmançılara uğurlar arzulayıblar. Ardınca çempionat rəsmi olaraq açıq elan olunub.
Qeyd edək ki, Azərbaycan bu mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.