17 aprel 2026. Cümə

Nicat Abasov Avropa çempionatında liderliyə yüksəlib


  • Offside
  • 12:21 17.04.2026
  • Oxunma sayı: 10
Nicat Abasov Avropa çempionatında liderliyə yüksəlib

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu turun görüşlərinə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edərək turnirin liderliyinə yüksəlib. Digər təmsilçimiz Aydın Süleymanlı isə ispan şahmatçı David Giharro ilə heç-heçə edib.

Hazırda 7,5 xal toplayan Nicat Abasov və David Giharro 1-2-ci yerləri bölüşürlər. 7 xal toplayan Aydın Süleymanlı 5-ci pillədə qərarlaşıb. Eyni xala malik Məhəmməd Muradlı isə turnir cədvəlində 12-ci yerdədir.

Turnirin digər azərbaycanlı iştirakçıları – Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıblar.

Qeyd edək ki, sabah keçiriləcək 10-cu turda liderlər Nicat Abasov və David Giharro üz-üzə gələcək. Qarşılaşmanın nəticəsi vahid liderin müəyyənləşməsində həlledici rol oynaya bilər. Avropa çempionatında ilk 20 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.







Offside