17 aprel 2026. Cümə

Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu


  • Offside
  • 17:07 17.04.2026
  • Oxunma sayı: 10
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv üçüncü turda Gürcüstan yığması ilə üz-üzə gəlib. Xorvatiyanın Luçko şəhərində baş tutan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Azərbaycan millisi seçmə mərhələdə çıxışını başa vurub.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi əvvəlki oyunlarda Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabı ilə məğlub olub.







Offside