- Offside
- 17:47 17.04.2026
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçusu Hidayət Heydərov uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az-ın məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu 1/4 final mərhələsində Fransa təmsilçisi Dayyan Bulemtafeni ipponla məğlub edərək yarımfinala yüksəlib.
Hidayət Heydərov yarımfinalda Türkiyə idmançısı Bilal Ciloğluna qalib gələrək finala vəsiqə qazanıb.
Həlledici görüşdə isə o, Gürcüstan təmsilçisi Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqibinə uduzan Azərbaycan cüdoçusu yarışın gümüş medalına sahib çıxıb.