- Offside
- 21:54 17.04.2026
Aprelin 17-də gənclər və idman naziri Fərid Qayıbov İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Berlian Helmini qəbul edib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və İndoneziya arasında gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.