17 aprel 2026. Cümə

Fərid Qayıbov Belarus Gimnastika Federasiyasının rəhbərliyi ilə əməkdaşlığı müzakirə edib


  • Offside
  • 18:10 17.04.2026
  • Oxunma sayı: 36
Fərid Qayıbov Belarus Gimnastika Federasiyasının rəhbərliyi ilə əməkdaşlığı müzakirə edib

Aprelin 17-də gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində ölkəmizdə səfərdə olan Belarus Gimnastika Federasiyasının prezidenti Yelena Skripeli qəbul edib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Belarus Gimnastika Federasiyasının baş katibi Alesiya Maçulskaya da iştirak edib.







Offside