17 aprel 2026. Cümə

Bakıda “Parabadminton Günü” keçirilib


  • Offside
  • 18:34 17.04.2026
  • Oxunma sayı: 39
Bakıda “Parabadminton Günü” keçirilib

Bakıda yerləşən Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Paralimpiya Komitəsinin və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandanın parabadmintonçuları iştirak ediblər.

Əlilliyi olan yeniyetmə və gənclər üçün keçirilən tədbir çərçivəsində iştirakçılar parabadmintonla yaxından tanış olub, idman növünün qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə məlumatlandırılıblar. Daha sonra onlar məşqçilərin rəhbərliyi ilə praktiki məşqlərə qatılaraq parabadmintonu sınaqdan keçiriblər.

Qeyd edək ki, tədbirin əsas məqsədi parabadmintonun ölkədə təbliği, əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, inklüziv idman mühitinin təşviqi və yeni idman istedadlarının üzə çıxarılmasıdır.







Offside