- Offside
- 21:54 17.04.2026
Dördqat "Böyük Dəbilqə" qalibi, dünya reytinqində ikinci yerdə olan ispaniyalı tennisçi Karlos Alkaras Madrid şəhərində keçiriləcək “Masters” seriyalı turnirdə iştirak etməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, Karlos Alkaras bu qərarın onun üçün çox çətin olduğunu bildirib:
“Mənim üçün bu xəbəri vermək çox ağırdır. Madrid mənim evimdir, təqvimimdə xüsusi yer tutan turnirdir. Buna görə də burada ikinci il ardıcıl oynaya bilməmək mənim üçün çox üzücüdür. Azarkeşlərimin qarşısında ola bilməmək xüsusilə çətindir. Hər zaman göstərdiyiniz sevgi üçün təşəkkür edirəm, tezliklə görüşmək ümidindəyəm”, – deyə o qeyd edib.
Turnir 22 aprel – 3 may tarixlərində İspaniyada baş tutacaq.
Qeyd edək ki, Karlos Alkaras daha əvvəl də Barselonada keçirilən ATP-500 turnirində ikinci dövrə matçından bilək zədəsi səbəbindən çəkilmişdi. Tennisçi zədənin gözləniləndən bir qədər ciddi olduğunu bildirib.