18 aprel 2026. Şənbə

Bakıda kapoeyra üzrə kəmər dərəcələri seminarı keçirilib


  • Offside
  • 12:46 18.04.2026
  • Oxunma sayı: 47
Bakıda kapoeyra üzrə kəmər dərəcələri seminarı keçirilib

Azərbaycan Kapoeyra Federasiyası (AKF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kapoeyra üzrə kəmər dərəcələri seminarı baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, Balaxanı İdman Mərkəzində keçirilən tədbirdə paytaxtla yanaşı regionlardan da ümumilikdə 400-ə yaxın uşaq iştirak edib. Seminar çərçivəsində idmançılar müxtəlif texniki bacarıqlarını nümayiş etdirib, fərqlənən iştirakçılara kəmər və sertifikatlar təqdim olunub.

AKF-nin baş katibi Rüfət Vəliməmmədov bildirib ki, tədbir Bakının 2026-cı il üçün “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunub. Onun sözlərinə görə, əsas məqsəd kapoeyranın Azərbaycanda daha geniş yayılmasına və inkişafına nail olmaqdır.

Tədbirdə iştirak edən Rodriqo Furbino Qomes – Dünya Kapoeyra Federasiyasının prezidenti – Azərbaycanda bu idman növünün inkişaf perspektivlərindən danışıb. O, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq ölkəmizdə kapoeyraya marağın artdığını qeyd edib.







Offside