18 aprel 2026. Şənbə

Zelim Tçkayev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq


  • Offside
  • 15:35 18.04.2026
  • Oxunma sayı: 44
Zelim Tçkayev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

90deqiqe.Az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında çıxış edən Zelim Tçkayev 81 kiloqram çəki dərəcəsində uğurlu çıxışı ilə diqqət çəkib. O, 1/4 final mərhələsində serbiyalı rəqibi Vasiliye Gruyiçiç üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinalda isə təcrübəli gürcü idmançı Tato Qriqalaşvili ilə qarşılaşan Tçkayev bu dəfə məğlub olub. Bununla da o, yarışda bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan digər milli üzvləri isə çıxışlarını erkən başa vurublar. Belə ki, Südabə Ağayeva (70 kq) və Ömər Rəcəbli (81 kq) 1/8 finalda, Murad Fətiyev (90 kq) isə 1/16 final mərhələsində uduzaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək nüfuzlu turnirdə 15 cüdoçu – 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur. Yarışın əvvəlki günlərində Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) isə bürünc medala sahib çıxıblar.







Offside