- Offside
- 18:43 18.04.2026
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında “Xilasedici” və “Ordu” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Xilasedici”nin qələbəsi ilə başa çatıb – 3:1.
Bu nəticədən sonra “Xilasedici” Azərbaycan çempionu adını qazanıb.
Qeyd edək ki, üçüncü yer uğrunda oyunda “Neftçi” komandası “Murov Az Terminal” üzərində 3:0 hesablı qələbə əldə edib.