19 aprel 2026. Bazar günü

Zelim Kotsoyev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq


  • Offside
  • 13:57 19.04.2026
  • Oxunma sayı: 43
Zelim Kotsoyev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

90deqiqe.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinal mərhələsində niderlandlı Simeon Katarinaya məğlub olub. Bununla da o, üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, Kotsoyev 1/4 finalda macarıstanlı Zsombor Veqi məğlub edərək yarımfinala yüksəlmişdi.

Bu gün tatamiyə çıxan digər Azərbaycan idmançıları – Madina Xaisinova (+78 kq) və Kənan Nəsibov (+100 kq) isə çıxışlarını medalsız başa vurublar.

Xatırladaq ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medala sahib çıxıblar.

Avropa çempionatına bu gün yekun vurulacaq.







Offside