19 aprel 2026. Bazar günü

“Turan” Azərbaycan çempionu oldu


  • Offside
  • 18:28 19.04.2026
  • Oxunma sayı: 39
“Turan” Azərbaycan çempionu oldu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, qızıl medal uğrunda həlledici qarşılaşmada "Turan" komandası "DH Volley" ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Turan” rəqibini 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Qeyd edək ki, mövsümü üçüncü pillədə Gəncə komandası başa vurub.







Offside