20 aprel 2026. Bazar ertəsi

Azərbaycan şahmatçıları Avropa çempionatında fəxri kürsüyə yüksəlib


  • Offside
  • 10:13 20.04.2026
  • Oxunma sayı: 15
Azərbaycan şahmatçıları Avropa çempionatında fəxri kürsüyə yüksəlib

Polşada şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan Azərbaycan təmsilçiləri Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.

Qeyd edək ki, gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü yeri tutan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.







Offside