20 aprel 2026. Bazar ertəsi

Azərbaycan güləşçiləri “Çempionlar” turnirində 13 medal qazanıb


  • Offside
  • 12:32 20.04.2026
  • Oxunma sayı: 46
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində 13 medal qazanıb

Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turniri başa çatıb.

90deqiqe.Az xəbər verir ki, turnirin son günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kiloqram) Yusif Dursunov (125 kiloqram) gümüş, Muxamad Qantemirov (125 kiloqram) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə başa vurub.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.







Offside