- Offside
- 18:06 20.04.2026
Azərbaycanlı karateçi Ülvi Məmmədov şotokan üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək.
90deqiqe.Az xəbər verir ki, 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı İstanbulda keçiriləcək yarışda böyüklər arasında tatamiyə çıxacaq.
Son dövrlərdə uğurlu nəticələri ilə diqqət çəkən Ülvi Məmmədovdan bu turnirdə də yüksək nəticə gözlənilir.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı deflimpiya, parakarate, fərdi kumite və kata növləri üzrə ümumilikdə 55-dən çox idmançı təmsil edəcək. Onlar müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.
Xatırladaq ki, mundial aprelin 24-26-da keçiriləcək.