20 aprel 2026. Bazar ertəsi

Sərxan Həşimov ECU-nun vitse-prezidenti vəzifəsinə namizəd göstərildi


  • Offside
  • 17:56 20.04.2026
  • Oxunma sayı: 33
Sərxan Həşimov ECU-nun vitse-prezidenti vəzifəsinə namizəd göstərildi

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimovun namizədliyi Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə irəli sürülüb.

90deqiqe.Az xəbər verir ki, mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşı S.Həşimovun namizədliyi Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən verilib.

Qeyd edək ki, Avropa Şahmat Birliyinin rəhbərliyinə seçkilər bu il iyunun 18-də keçiriləcək.







Offside