20 aprel 2026. Bazar ertəsi

Avropa çempionatında iki güləşçimiz yarımfinala yüksəldi


  • Offside
  • 18:06 20.04.2026
  • Oxunma sayı: 31
Avropa çempionatında iki güləşçimiz yarımfinala yüksəldi

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı start götürüb.

90deqiqe.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşi üzrə iki təmsilçisi yarımfinala yüksəlib.

İslam Abbasov (87 kq) əvvəlcə polşalı rəqibini məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Norveç təmsilçisi Eksos Mukubunu da üstələyərək yarımfinala vəsiqə qazanıb.

Beka Kandelaki (130 kq) isə startda albaniyalı Qriseldi Kodrunu məğlub edib. Daha sonra almaniyalı rəqibini də üstələyən güləşçi yarımfinala adlayıb.

Digər təmsilçilərdən Rəşad Məmmədov (55 kq) 1/4 finalda, Ziya Babaşov (63 kq) və Sənan Süleymanov (77 kq) isə eyni mərhələdə məğlub olaraq yarışı dayandırıblar.







Offside