21 aprel 2026. Çərşənbə axşamı

Azərbaycan boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb


  • Offside
  • 11:11 21.04.2026
  • Oxunma sayı: 13
Azərbaycan boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku start götürüb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov reytinq xarakterli yarışa qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Bu görüş aprelin 22-də baş tutacaq.

Qeyd edək ki, Dünya Kuboku aprelin 26-da yekunlaşacaq.







Offside