21 aprel 2026. Çərşənbə axşamı

Azərbaycanın üç güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib


  • Offside
  • 16:42 21.04.2026
  • Oxunma sayı: 39
Azərbaycanın üç güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

90deqiqe.Az-ın məlumatına görə, turnirin 1/4 final mərhələsində üç güləşçimiz yarımfinala yüksəlib. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) öz rəqiblərinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Ruslan Nurullayev (72 kq) və Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda məğlub olublar. Lakin onların məğlub olduqları rəqiblər finala yüksəlsələr, güləşçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərdə çıxış etmək imkanı əldə edəcəklər.

Bu gün həmçinin Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında ümumilikdə 25 güləşçi ilə təmsil olunur. Yarış aprelin 26-dək davam edəcək.







Offside