- Offside
- 23:08 21.04.2026
Azərbaycan Cüdo Federasiyası tərəfindən dan dərəcələri üzrə seminar və imtahan təşkil olunacaq.
90deqiqe.Az-ın məlumatına görə, tədbir mayın 4-dən 8-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək. Seminar və imtahan cüdo məşqçiləri üçün açıq elan olunub.
İştirak üçün namizədlərin 17 yaşdan yuxarı olması və qəhvəyi kəmərə sahib olması əsas şərtlərdən biridir.
Qeyd edilib ki, bu proqram Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil və məşqçi sertifikatlaşdırılması üçün mühüm mərhələ hesab olunur. Tədbirin əsas məqsədi dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi və təkmilləşdirilməsidir.