21 aprel 2026. Çərşənbə axşamı

İsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb


  • Offside
  • 21:34 21.04.2026
  • Oxunma sayı: 36
İsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 71 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 180 kq ağırlığı ram edərək dördüncü nəticəni əldə edib.

İsa Rüstəmov toplamda 327 kq nəticə ilə yarışa dördüncü pillədə yekun vurub.







Offside