22 aprel 2026. Çərşənbə

Azərbaycan güləşçiləri Tiranada iki medal qazandı


  • Offside
  • 23:08 21.04.2026
  • Oxunma sayı: 44
Azərbaycan güləşçiləri Tiranada iki medal qazandı

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəni davam etdirirlər.

90deqiqe.Az-ın məlumatına görə,130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki bürünc medal uğrunda görüşdə ukraynalı Mixaylo Vişnıvetskiyə 1:3 hesabı ilə məğlub olub.

Daha əvvəl xalça üzərinə çıxan güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Doğan Kayaya 5:1 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, sabah Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda, Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda mübarizəyə qoşulacaq. Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.

 







Offside