22 aprel 2026. Çərşənbə

Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu oldu - rekord yeniləndi


  • Offside
  • 01:23 22.04.2026
  • Oxunma sayı: 15
Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu oldu   -  rekord yeniləndi

Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında karyerasında 13-cü qızıl medalını qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı final görüşündə macar güləşçi Darius Attila Viteki məğlub edərək Avropa çempionu olub. Bununla da o, rusiyalı Aleksandr Karelinin 12 çempionluq rekordunu yeniləyib və Avropa tarixinin ən titullu yunan-Roma güləşçisi ünvanına sahib çıxıb.

Qeyd edək ki, Kayaalp yarımfinalda belaruslu Pavel Qlinçukla qarşılaşıb. Görüşdə 4:0 hesabı ilə irəlidə olarkən rəqibi onun sifətinə zərbə endirib və bu səbəbdən Qlinçuk hakimlərin qərarı ilə diskvalifikasiya olunub.

Rza Kayaalp Avropa çempionatlarında 15-ci dəfə finala yüksəlib. O, indiyədək qitə birinciliklərində 12 qızıl və 2 gümüş medal qazanmışdı.







Offside