22 aprel 2026. Çərşənbə

Naxçıvanda cüdo üzrə rəsmi kəmər imtahanı keçiriləcək


  • Offside
  • 14:15 22.04.2026
  • Oxunma sayı: 29
Naxçıvanda cüdo üzrə rəsmi kəmər imtahanı keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə aprelin 25-də Naxçıvan şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Bu barədə 90deqiqe.Az-a ACF-dən məlumat verilib.

Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.







Offside