10 may 2026. Bazar günü

Günay Qurbanova Avropa çempionatında yarımfinala yüksəldi


  • Offside
  • 14:43 22.04.2026
  • Oxunma sayı: 121
Günay Qurbanova Avropa çempionatında yarımfinala yüksəldi

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) yarımfinala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, idmançı 1/4 final mərhələsində Almaniya təmsilçisi Elena Bruqqer üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Digər təmsilçimiz Elnurə Məmmədova (50 kq) isə təsnifat mərhələsində Polşa idmançısı Aqata Valerzaka ilə qarşılaşmadan məğlub ayrılıb.

Bu gün yunan-Roma güləşi üzrə üç idmançımız medal uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fırat ilə üz-üzə gələcək. Qurban Qurbanov (82 kq) həlledici qarşılaşmada Adlet Tyulyubaev ilə görüşəcək.

Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda qarşılaşmada Suner Konunov ilə güləşəcək.

Xatırladaq ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov və İslam Abbasov bürünc medal qazanıblar.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı