23 aprel 2026. Cümə axşamı

Millimiz Avropa çempionatını lider başa vurub


  • Offside
  • 07:33 23.04.2026
  • Oxunma sayı: 39
Millimiz Avropa çempionatını lider başa vurub

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, komandamız yarışda 2 qızıl və 3 bürünc medal qazanaraq 133 xalla komanda hesabında birinci yeri tutub və Avropa çempionu titulunu qoruyub.

Yığmanın heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıblar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medallarla komandanın aktivinə xal qazandırıblar.

Komanda hesabında Türkiyə millisi 121 xalla ikinci, Gürcüstan isə 118 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.







Offside