- Offside
- 21:26 23.04.2026
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın qadın güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.
90deqiqe.Az-ın məlumatına görə, yığmanın üzvləri Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) yarımfinala vəsiqə qazanıblar.
J.Əliyeva startda Almaniya təmsilçisi Amori Andriçə qalib gəlib. O, 1/4 final mərhələsində Finlandiya idmançısı Yenna Hemiaenini də məğlub edərək adını yarımfinala yazdırıb.
B.Soltanova isə 1/4 finalda Rumıniya güləşçisi Krista İntseni üstələyərək növbəti mərhələyə yüksəlib.
Digər təmsilçimiz Ruzanna Məmmədova (62 kq) yarışa uğurla başlasa da, 1/4 finalda məğlub olaraq yarımfinaldan kənarda qalıb. O, ilk görüşündə Ukrayna idmançısı İlona Prokopevnyuk üzərində qələbə qazansa da, növbəti mərhələdə Amina Tandelovaya (UWW) uduzub.
Bu gün isə digər qadın güləşçilərimizdən Günay Qurbanova (59 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimiz də uğurlu nəticələr əldə ediblər. Belə ki, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda isə komanda hesabında Avropa çempionu olub.