- Offside
- 23:25 23.04.2026
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş “Sabah” – “Qarabağ” görüşündə baş verən mübahisəli epizodlara münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, o, baş hakimin müvafiq epizodlarda düzgün qərarlar qəbul etdiyini təsdiqləyib.
R.Həsənov “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə göstərilən qırmızı vərəqənin haqlı olduğunu qeyd edib.
Hakimlər Komitəsinin sədri həmçinin oyunun sonlarında yaşanan epizodda penalti qərarının verilməməsinin düzgün olduğunu vurğulayıb.
Xatırladaq ki, qarşılaşma “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Rəvan Həmzəzadə olub.