10 may 2026. Bazar günü

Azərbaycan güləşçiləri Avropa çempionatında bürünc medal uğrunda mübarizəyə çıxır


  • Offside
  • 20:00 23.04.2026
  • Oxunma sayı: 202
Azərbaycan güləşçiləri Avropa çempionatında bürünc medal uğrunda mübarizəyə çıxır

Azərbaycan güləşçiləri Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinal mərhələsində Jalə Əliyeva Türkiyə təmsilçisi Elvira Akamaloğluna, Birgül Soltanova isə UWW adına çıxış edən Alina Kasabiyevaya məğlub olub.

Ruzana Məmmədova (62 kq) da daxil olmaqla hər üç idmançı sabah bürünc medal görüşünə çıxacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Bununla yanaşı, yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı