- Offside
- 23:25 23.04.2026
Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, idmançı üçüncü yer uğrunda qarşılaşmada UWW təmsilçisi Marta Getmanovanı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə yüksəlib.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Digər qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) isə sabah bürünc medal uğrunda görüşlərdə mübarizə aparacaqlar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Bununla yanaşı, yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.