25 aprel 2026. Şənbə

Qarabağ və Şərqi Zəngəzurda cüdo üzrə region birincilikləri keçiriləcək


  • Offside
  • 16:55 24.04.2026
  • Oxunma sayı: 34
Qarabağ və Şərqi Zəngəzurda cüdo üzrə region birincilikləri keçiriləcək

 Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeniyetmə cüdoçular arasında region birincilikləri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, U-14 və U-17 yaş qrupları üzrə yarışlar aprelin 30-da təşkil olunacaq. Turnir Horovlu kəndi ərazisində baş tutacaq.

Bildirilib ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.







Offside