- Offside
- 14:00 25.04.2026
Azərbaycan güləşçiləri Avropa çempionatında medal uğrunda mübarizəni davam etdirirlər.
90deqiqe.Az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində sərbəst güləş üzrə təmsilçimiz Cəbrayıl Hacıyev bürünc medal uğrunda görüşə çıxacaq. 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Maqamedxabib Kadimaqamedova (UWW) 1:5 hesabı ilə məğlub olub.
Bununla da o, üçüncü yer uğrunda görüşdə bacarığını nümayiş etdirəcək.
C.Hacıyevdən fərqli olaraq İslam Bazarqanov (57 kq) finala vəsiqəni təmin edib. Rəşid Babazadə (65 kq) isə təsəlliverici qarşılaşmaya qatılacaq. Medal uğrunda görüşlər sabah reallaşacaq.
Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.