25 aprel 2026. Şənbə

Azərbaycan güləşçiləri Avropa çempionatını 2 bürünc medalla başa vurdu


  • Offside
  • 21:48 24.04.2026
  • Oxunma sayı: 26
Azərbaycan güləşçiləri Avropa çempionatını 2 bürünc medalla başa vurdu

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci yeri tutub.

 90deqiqe.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada türkiyəli Beyza Akkuşa 2:4 hesabı ilə məğlub olub. B.Soltanova digər təmsilçimiz Ruzanna Məmmədova (62 kq) ilə eyni göstəricini təkrarlayıb.

Bununla da Azərbaycanın qadın güləşçiləri qitə birinciliyini 2 bürünc medalla başa vurublar. Daha əvvəl Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub.







Offside