- Offside
- 21:51 25.04.2026
Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdə keçirilən "Skistar Winter Games" beynəlxalq yarışında iştirak edib.
90deqiqe.Az Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, xizəkçi yarışın slalom növündə mübarizə aparıb.
U-14 yaş kateqoriyası üzrə yarışan Ş.Akselsson 4-cü pilləni tutub.
Qeyd edək ki, turnirdə 12 ölkədən 80 idmançı mübarizə aparıb.