- Offside
- 21:51 25.04.2026
"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyaya qayıtmağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu və həyat yoldaşı Antonela Rokkuzzo 2028-ci ildə daimi olaraq Barselonaya köçməyi nəzərdən keçirir.
Ailə Kasteldefelsdə yerləşən 8 000 kvadratmetr ərazinin bölünməsi istiqamətində iş aparır. Plan üç ayrı sahənin yaradılmasını və hər biri üçün övladlarına — Tyaqo, Mateo və Siroya — ayrıca yaşayış imkanının təmin olunmasını nəzərdə tutur.
Cari mövsümdə Messi “İnter Mayami”in heyətində 10 oyunda iştirak edib, 8 qol vurub.