- Offside
- 21:51 25.04.2026
Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksidə baş tutan yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi və “Ocaq Sport”un Sumqayıt bölməsinin gimnastları mübarizə aparıblar.
İdmançılar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında müxtəlif gimnastika alətləri üzrə proqramlarını təqdim ediblər.
Yekun nəticələrə əsasən, “Ocaq Sport” Klubu ümumi hesabda ən yüksək nəticə göstərərək turnirin qalibi olub.
Qeyd edək ki, yarışda ümumilikdə 50-yə yaxın gimnast iştirak edib.