- Offside
- 21:51 25.04.2026
Güləş üzrə Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev bürünc medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Albaniyada keçirilən yarışda 79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal görüşündə Rasul Şapiyev üzərində 8:0 hesablı qələbə qazanıb.
Digər təmsilçimiz Rəşid Babazadə (65 kq) isə bürünc medal görüşündə Vazgen Tevanyana 0:7 hesabı ilə məğlub olaraq medal şansını əldən verib.
Qeyd edək ki, sabah Azərbaycanın daha 4 sərbəst güləşçisi – Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal görüşünə çıxacaq.