- Offside
- 23:50 25.04.2026
Azərbaycan Peşəkar Çövkən Liqasında V turun oyunları başa çatıb.
90deqiqe.Az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Sərhədçi” komandası “Polad”ı 2:0 hesabı ilə məğlub edərək liderliyə yüksəlib və birinci dövrəni zirvədə başa vurub.
Digər oyunlarda “Embawood” “Elite” üzərində 2:1 hesablı qələbə qazanıb, “Şamaxı” isə “Xəzər”i 6:0 hesabı ilə məğlub edib. “Zəfər” – “Omar” görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb. Turun ən böyük hesablı nəticəsi isə “Buta Qolden”in “Atilla” üzərində 13:0 hesablı qələbəsi olub.
Beş turun yekununa əsasən, “Sərhədçi” turnir cədvəlinə başçılıq edir. 12 xala malik “Polad” və “Buta Qolden” isə müvafiq olaraq 2-3-cü yerləri bölüşür.
Bombardirlər siyahısında hərəyə 10 qolla “Buta Qolden”dən Şəfayət Budaqov və Şamil İslamov liderlik edirlər.
Qeyd edək ki, “Atilla” turnirdə hələ də qol vura bilməyən yeganə komanda olaraq qalır.