26 aprel 2026. Bazar günü

AFC Çempionlar Liqasının qalibi bəlli oldu


  • Offside
  • 23:50 25.04.2026
  • Oxunma sayı: 38
AFC Çempionlar Liqasının qalibi bəlli oldu

AFC Çempionlar Liqasının 2025/2026 mövsümünün final qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Yaponiyanın “Maçida Zelvia” komandasını minimal hesabla məğlub edərək turnirin qalibi olub – 1:0. Görüş Ciddədə yerləşən “Kinq Abdullah Sports City” stadionunda keçirilib, matçı özbəkistanlı FIFA referisi İlqiz Tantaşev idarə edib.

Matçın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. 68-ci dəqiqədə “Əl-Əhli”nin futbolçusu Zakariya Hausaui qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Komanda 90+6-cı dəqiqədə daha bir itki ilə üzləşib – Məhəmməd Əbdürəhman da oyunu vaxtından əvvəl tərk edib.

Bununla belə, 96-cı dəqiqədə Firas Əl-Buraykan vurduğu qol ilə “Əl-Əhli”yə qələbə qazandırıb.

Qeyd edək ki, ötən mövsüm də turnirin qalibi “Əl-Əhli” olub. Səudiyyə klubu finalda Yaponiyanın “Kavasaki Frontale” komandasını 2:0 hesabı ilə məğlub etmişdi. Yarışın tarixində ən çox qalib gələn klub isə 4 titulla “Əl-Hilal”dır.







Offside