15 iyun 2026. Bazar ertəsi

Dövlət qurumları arasında IV minifutbol turnirinin finalçıları bilindi


  • Offside
  • 23:18 26.04.2026
  • Oxunma sayı: 121
Dövlət qurumları arasında IV minifutbol turnirinin finalçıları bilindi

Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirinin finalçıları məlum olub.

90deqiqe.Az xəbər verir ki, aprelin 26-da keçirilən ilk yarımfinal oyununda “Azərişıq” ASC Ədliyyə Nazirliyinə 1:0 hesabı ilə qalib gəlib. Digər yarımfinal görüşündə isə SOCAR Baş Prokurorluq komandasını 2:0 hesabı ilə məğlub edib.

Turnirə mayın 7-də Bakı Tennis Akademiyasında yekun vurulacaq. Finalda “Azərişıq” ASC ilə SOCAR komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Ədliyyə Nazirliyi və Baş Prokurorluq kollektivləri üz-üzə gələcəklər.







Offside