- Offside
- 17:00 27.04.2026
Aprelin 28-30-da taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq.
Üç gün davam edəcək turnirdə paytaxt və müxtəlif bölgələrdən 70 klub və idman cəmiyyətini təmsil edən ümumilikdə 554 idmançı mübarizə aparacaq.
Birinciliyə 2012, 2013 və 2014-cü il təvəllüdlü idmançılar qatılacaqlar.
Oğlanlar 33 kq, 37 kq, 41 kq, 45 kq, 49 kq, 53 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq, qızlar 29 kq, 33 kq, 37 kq, 41 kq, 44 kq, 47 kq, 51 kq, 55 kq, 59 kq, +59 kq çəki dərəcələrində çıxış edəcəklər.