10 may 2026. Bazar günü

Azərbaycan deflimpiyaçıları dünya çempionatında 7 medal qazandı


  • Offside
  • 11:22 27.04.2026
  • Oxunma sayı: 95
Azərbaycan deflimpiyaçıları dünya çempionatında 7 medal qazandı

Azərbaycan deflimpiyaçıları Türkiyənin İstanbul şəhərində təşkil edilmiş karate üzrə şotokan dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, WSF versiyasında baş tutan yarışda ölkə 10 deflimpiyaçı ilə təmsil olunub.

Hikmət Ağayev (+18 yaş, 75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) və Yusif Əzimzadə (14–17 yaş, 60 kq, kumite) qızıl mükafata sahib çıxıblar.

Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, 60 kq, kumite) yarışı gümüş medalla başa vurublar.

Əliəkbər Əlizadə (+18 yaş, 75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc medal qazanıblar.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı